Ermənistan MTX: Rusiya sərhədçilərinin Nrnadzordakı hərəkətləri qanunidir – ÖZƏL
13:58 SiyasətOlaylar.az xəbər verir ki, "Xəbərlər Ermənistan - NEWS.am" agentliyinin sorğusuna cavab olaraq Ermənistan Milli Təhlükəsizlik Xidmətinin (MTX) mətbuat xidməti iyunun əvvəlində sosial şəbəkələrdə yayılmış iddialara aydınlıq gətirib. Belə ki, Sünik (Zəngəzur) vilayətinin Nrnadzor kəndinə yerli qeydiyyatı və ya xüsusi icazəsi olmayan bir qrup Avropa və Ermənistan vətəndaşının Rusiya sərhədçiləri tərəfindən buraxılmaması barədə xəbərlər yayılmışdı. MTX bəyan edib ki, Ermənistan hökumətinin 12 may 2011-ci il tarixli qərarına əsasən, sərhədyanı zonalara giriş yalnız şəxsiyyəti təsdiq edən sənədlər və xüsusi buraxılış vərəqələri əsasında həyata keçirilir.
Bununla da rəsmi İrəvan Rusiya sərhədçilərinin hərəkətlərində heç bir qanun pozuntusunun olmadığını və onların mövcud qaydalara uyğun fəaliyyət göstərdiyini təsdiqləyib.