Tina Bokuçava: "Parlamentdə zorakılıq tətbiq edənlər mütləq məsuliyyətə cəlb olunmalıdır" – ÖZƏL

Olaylar.az xəbər verir ki,  Gürcüstandakı  "Vahid Milli Hərəkat" partiyasının sədri Tina Bokuçava jurnalistlərə açıqlamasında parlament zalında kameralar qarşısında həmkarına qarşı açıq şəkildə zorakılıq edən şəxslərin mütləq qanun qarşısında cavab verməli olduğunu bildirib. O, İvanişvili rejiminin "piyadaları" tərəfindən qanunverici orqanda analoji halların, o cümlədən qadınlara qarşı zorakılığın dəfələrlə təkrarlandığını vurğulayıb. 

Bokuçava qeyd edib ki, sıravi vətəndaşlar kiçik xətaya görə illərlə həbs olunduğu halda, deputatların cəzasız qalması cəmiyyətdə zorakılığın normallaşmasına və ağır fəsadlara yol açır. Keçmiş baş nazir Georgi Qaxariya ilə bir çox məsələdə razılaşmadığını və onu rejim ilə eyni medalın iki üzü hesab etdiyini deyən partiya sədri, buna baxmayaraq, elementar məntiq və ədalətin hamı üçün eyni tətbiq edilməsinin vacibliyini diqqətə çatdırıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31