Gürcüstan və Qazaxıstan arasında mühüm razılaşma əldə edildi - Əlaqələr strateji tərəfdaşlıq səviyyəsinə çatdırıldı

Gürcüstanın Baş naziri İrakli Kobaxidze və Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev iki ölkə arasında strateji tərəfdaşlıq müqaviləsi imzalayıblar.

Olaylar.az xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin mətbuat xidmətinin məlumat yayıb.

Sənəd Kobaxidzenin Qazaxıstana rəsmi səfəri zamanı Astanada imzalanıb. Hökumət rəsmiləri arasında danışıqlardan sonra mədəniyyət, informasiya texnologiyaları və turizm sahələrində də memorandumlar imzalanıb.

Həmçinin, Gürcüstan hökumətinin məlumatına görə, Tokayev Kobaxidzeni 1-ci dərəcəli Dostluq ordeni ilə təltif edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31