Şalva Papuaşvili: "Gürcülərin gözündə nifrət və söyüş avropapərəstliklə assosiasiya olunur" – ÖZƏL
15:36 SiyasətOlaylar.az xəbər verir ki, Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili bəyan edib ki, hazırda ölkədə özünü avropapərəst adlandıran qüvvələr nifrət, söyüş və təhqirin əsas yayıcılarına çevriliblər və bu durum Avropa İttifaqının (Aİ) nüfuzuna ciddi zərbə vurur. Nifrət nitqi ilə mübarizə təşəbbüsünün siyasi mühiti sağlamlaşdıracağını vurğulayan spiker qeyd edib ki, əgər Aİ öz adının əxlaqsızlıq və təhqirlərlə yanaşı çəkilməsini istəmirsə, bu addımı dəstəkləməlidir.
Papuaşvilinin sözlərinə görə, kənardan diktə olunan nifrət kampaniyasının qarşısının alınması radikal müxalifəti söyüş ritorikasından uzaqlaşdıraraq normal siyasi debatlara qayıtmağa məcbur edəcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31