Bu tədbir Türk dünyası arasında əməkdaşlığın daha da gücləndirilməsinə xidmət edir- ÖZƏL
15:07 Siyasət"Bakıda reallaşan Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş "Türk Dünyası Həftəsi" türk xalqlarının ortaq tarixi, dili, mədəniyyəti və mənəvi dəyərlərinin təbliği baxımından mühüm əhəmiyyət daşıyır". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Mehriban Vəliyeva deyib: "Bu tədbir Türk dünyası arasında əməkdaşlığın daha da gücləndirilməsinə xidmət edir. Birinci Türkoloji Qurultayın 100 illiyinin qeyd olunması isə türkoloji elmin inkişafına töhfə vermiş görkəmli alimlərin irsinin yaşadılması və gələcək nəsillərə çatdırılması baxımından xüsusi önəm kəsb edir".
Xatırladaq ki, bu gün Heydər Əliyev Mərkəzində Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş "Türk Dünyası Həftəsi"nin açılış mərasi keçirilib. Prezident İlham Əliyev tədbir iştirakçılarına müraciət ünvanlayıb, mətni isə Prezident Administrasiyasının şöbə müdiri Fərəh Əliyeva oxuyub.