"Güclü Ermənistan" bloku seçki nəticələrinin ləğvi üçün Konstitusiya Məhkəməsinə müraciət edib – ÖZƏL
13:48 SiyasətOlaylar.az xəbər verir ki, Ermənistanda müxalif "Güclü Ermənistan" blokunun nümayəndəsi, vəkil Aram Vardevanyan Konstitusiya Məhkəməsində bəyan edib ki, son parlament seçkilərində hakim "Vətəndaş Müqaviləsi" partiyası inzibati resurslardan istifadə edərək nifrət nitqi yayıb və bərabər şərait prinsipini pozub.
O, seçki nəticələrinə ciddi təsir göstərən maneələr sırasında blokun lideri Samvel Karapetyanın ev dustaqlığında saxlanılmasını, həmçinin partiya üzvlərinə qarşı açılan siyasi motivli cinayət işlərini və həbsləri əsas gətirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31