ABŞ və İran arasında razılaşma: 6 milyard dollar dondurulmuş vəsait azad edilir

Olaylar.az xəbər verir ki, İran Prezidenti Məsud Pezeşkian ABŞ ilə əldə olunmuş razılaşma çərçivəsində Qətərdə dondurulmuş 12 milyard dollarlıq İran vəsaitinin 6 milyard dollarının blokdan çıxarılaraq ölkəyə qaytarılacağını, qalan hissənin qaytarılması istiqamətində isə işlərin davam etdiyini bildirib. "IRNA" agentliyinin məlumatına görə, razılaşma nəticəsində, həmçinin neft və neft-kimya sektorlarına tətbiq edilən sanksiyalar ləğv olunub.

İyunun 18-nə keçən gecə iki ölkə arasında fevralın 28-dən başlayan hərbi münaqişəyə son qoyan memorandum imzalanıb. Sənədə əsasən, ABŞ dəniz blokadasını qaldıracaq, İran isə Hörmüz boğazında gəmilərin hərəkətini bərpa edəcək. Bundan əlavə, İran nüvə silahı əldə etməmək öhdəliyi götürüb və nüvə proqramı ilə bağlı məsələnin növbəti 60 gün ərzində ayrıca sazişlə tənzimlənməsi nəzərdə tutulur ki, bunun da yekununda Tehrana qarşı digər sanksiyaların tamamilə aradan qaldırılması gözlənilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31