Rumıniyada prezidentin idarəetmə tərzi tənqid olundu: "Şəxsi iradəsini diktə edir"- ÖZƏL

Rumıniyada sağçı Rumınların Birləşməsi Alyansının (AUR) Milli Rəhbərlik Şurasının sədri Petrişor Peyu prezident Nikuşor Danın idarəetmə tərzini sərt tənqid edib. O, dövlət başçısının fəaliyyətini 1930-1940-cı illərdə ölkəni idarə etmiş kral II Karolun hakimiyyət dövrü ilə müqayisə edib. Olaylar.az xəbər verir ki, Petrişor Peyu Digi24 telekanalına müsahibəsində bildirib ki, prezidentin Adrian Veştanı baş nazir vəzifəsinə namizəd irəli sürməsi II Karolun hökumət formalaşdırmaq üsulunu xatırladır. Onun sözlərinə görə, həmin dövrdə də hökumətlər liberal və kəndli siyasətçilərdən təşkil olunsa da, siyasi partiya rəhbərlərinin və parlamentin dəstəyini qazana bilmirdi.
Siyasətçi prezidentin addımlarını "şəxsi iradəsini cəmiyyətə qəbul etdirmək cəhdi" kimi qiymətləndirərək bunun demokratik prinsiplərlə uzlaşmadığını bildirib. O, Nikuşor Danın idarəetmə üslubunu "son dərəcə avtoritar, hətta avtokratik" adlandırıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31