Ərdoğan: I Türkoloji Qurultayın 100 illik yubileyinin Bakıda qeyd olunması təsadüfi deyil

1926-cı ildə baş tutan Birinci Türkoloji Qurultayın 100 illik yubileyinin Bakıda qeyd olunması təsadüfi deyil.

"Report" xəbər verir ki, bu, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Birinci Türkoloji Qurultayın 100 illik yubileyinə həsr olunmuş "Türk Dünyası Həftəsi"nin iştirakçılarına müraciətində qeyd edilib.

"Azərbaycan bu gün də Türk dünyasının faydalılığının artırılmasına töhfə verməkdədir", - o vurğulayıb.

R.T.Ərdoğan əlavə edib ki, Birinci Türkoloji Qurultayın müzakirə etdiyi mövzular hər zaman Türk dünyası üçün aktual olub.

O, həmçinin bu gün türk dövlətləri arasındakı birlik və dostluğun vacibliyinə diqqət çəkib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31