Aİ-də Xarici Fəaliyyət Xidmətinin ləğvi ilə bağlı çağırışlar artır- ÖZƏL
10:25 SiyasətAvropa İttifaqının bəzi rəsmiləri Avropa Xarici Fəaliyyət Xidmətinin (EEAS) ləğv edilməsini dəstəkləyirlər. Olaylar.az xəbər verir ki, bu barədə Politico nəşri Aİ-dəki mənbələrə istinadən məlumat yayıb.
Mənbənin sözlərinə görə, həm Avropa Şurasında, həm də Avropa Komissiyasında EEAS-ın fəaliyyətinə son qoyulmasını istəyən bir qrup formalaşıb. Xidmətin saxlanılmasını müdafiə edənlər isə sayca daha azdır.
Nəşr qeyd edir ki, son illərdə EEAS-ın bir sıra səlahiyyətləri tədricən Avropa Komissiyasına keçir. Diplomatlardan birinin fikrincə, müasir dünyada diplomatiyanı ticarət, texnologiya və sənaye siyasətindən ayırmaq mümkün deyil. Halbuki bu sahələr üzrə əsas alətlər Avropa Komissiyasının səlahiyyətindədir.
Politico yazır ki, hazırda Avropa Xarici Fəaliyyət Xidməti ilə Avropa Komissiyası arasında səlahiyyət bölgüsü kifayət qədər qeyri-müəyyəndir. Eyni zamanda, Avropa Komissiyasının sədri Ursula fon der Leyen qərarların qəbulu zamanı bütün üzv dövlətlərin yekdil dəstəyinə ehtiyac duymur ki, bu da Komissiyanın təsir imkanlarını daha da artırır.