Türk düşmənçiliyi davam edir- ÖZƏL

"Ermənistan ən azı sözdə "sülh" deyir və Azərbaycana, Türkiyəyə qarşı saxta iddialardan imtinanın zəruriliyi getdikcə daha çox qəbul olunmaqdadır. Belə bir məqamda İsrail sözdə "erməni soyqırımı"nı tanıyır". "Olaylar" xəbər verir ki, bunu siyasi şərhçi Elşad Paşasoy deyib: " Bu, qəti şəkildə təsadüfi deyil. Bu, erməni revanşizminə "nəfəslik" verməkdir, Türkiyə və Azərbaycanla gərginliyi tətikləməkdir, sülhü ertələməkdir, Ermənistan Konstitusiyasından saxta iddiaların çıxarıkmasını əngəlləməkdir, sərhədlərin dəqiqləşdirilməsi, açılmadı, kommunikasiyaların bərpasına mane olmaqdır. Bu, təkcə Türkiyəyə qarşı verilən qərar deyil. Bir millət, iki dövlətə qarşıdır. Xocalı soyqırımı dünən olub, tanıyıblarmı? Belə çıxır bölgəni gərginlikdə saxlamaq planı qüvvədədir. Frsnsa başda olmaqla, Avropa da məmnun qalacaq bu qərardan, digərləri də. Türk düşmənçiliyi davam edir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31