Azərbaycan XİN Səudiyyə Ərəbistanına başsağlığı verdi

Azərbaycan Xarici İşlər Nazirliyi Səudiyyə Ərəbistanının şərqində yerləşən Ras-Tannura şəhərində baş verən helikopter qəzası ilə bağlı başsağlığı verib.

Bu barədə Azərbaycan XİN "X" sosial şəbəkəsində paylaşım edib..

"Biz Ras-Tanurada baş vermiş və on dörd nəfərin həyatına son qoymuş faciəvi helikopter qəzasından dərin kədər hissi keçiririk. Həlak olanların ailələrinə, həmçinin bu faciə ilə əlaqədar Səudiyyə Ərəbistanı Krallığının hökumətinə və xalqına ən dərin hüznlə başsağlığı veririk", - mətndə deyilir.

Xatırladaq ki, Səudiyyə Ərəbistanının şərqində yerləşən Ras-Tannura şəhərində "Saudi Aramco" dövlət neft şirkətinə məxsus helikopterin qəzaya uğraması nəticəsində azı 14 nəfər həlak olub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31