Hikmət Hacıyev Kevin Hemiltonla görüşdü
25 İyun 21:50 SiyasətAzərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Bakıda NATO Baş katibinin Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Kevin Hemilton ilə görüşüb.
Bu barədə o "X" hesabında yazıb.
"Azərbaycan NATO-nun etibarlı tərəfdaşıdır və biz əməkdaşlığın müxtəlif sahələrində əhəmiyyətli nəticələr əldə etmişik. Görüşdə Azərbaycanla NATO arasında qarşılıqlı fəaliyyət qabiliyyətinin artırılması istiqamətində əldə olunan irəliləyişləri qeyd etdik. Həmçinin, Azərbaycan-NATO tərəfdaşlığının müxtəlif aspektləri üzrə ətraflı müzakirələr və qarşılıqlı maraq doğuran məsələlərə dair fikir mübadiləsi apardıq", - deyə Hikmət Hacıyev qeyd edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31