Azərbaycan və Peru ikitərəfli əlaqələrin gücləndirilməsinə sadiq olduqlarını bir daha təsdiqləyiblər - Xarici İşlər Nazirliyi
20:53 SiyasətAzərbaycan Peru ilə ikitərəfli əlaqələri daha da gücləndirməyə və əməkdaşlığı genişləndirməyə sadiqdir.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin "X" sosial media hesabındakı paylaşımda bildirilib.
"Bu gün Azərbaycan Respublikası ilə Peru Respublikası arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümüdür.
Biz ikitərəfli əlaqələrin daha da gücləndirilməsinə və qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın genişləndirilməsinə sadiq qalırıq.
Bu əlamətdar tarixi qeyd edərkən ölkələrimiz arasında dostluq münasibətlərinin inkişaf etdirilməsinə və müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsinə olan marağımızı bir daha təsdiqləyirik", - deyə Azərbaycan Xarici İşlər Nazirliyinin "X"dəki paylaşımında bildirilir.
Azərbaycan Xarici İşlər Nazirliyi həmçinin Perunu iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü münasibətilə təbrik edib.