Müdafiə Nazirliyinin 5 hərbi qulluqçusuna “general-mayor” ali hərbi rütbəsi verilib
17:43 SiyasətAzərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçularına "general-mayor" ali hərbi rütbəsi verilib.
Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
Sərəncama əsasən, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin aşağıdakı hərbi qulluqçularına "general-mayor" ali hərbi rütbəsi verilib:
polkovnik Rəsul Rasim oğlu Əliyevə
polkovnik Elçin Rəhim oğlu Abdullayevə
polkovnik Azər Əfrayıl oğlu Heybətliyə
polkovnik Gülməmməd Tofiq oğlu Rzayevə
polkovnik Ruslan Dünyaməddin oğlu Ağasiyevə.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31