Şvabeni xatırladınızmı? ÖZƏL

"Frank Şvabe, xatırladınızmı? O məşhur Şvabe ki, Azərbaycanla Avropa Şurası Parlament Assambleyası arasında qırılan münasibətlərin birbaşa səbəbkarıdır. 

Həmin bu təsisat öz fokusunu daxildə baş verən hadisələrə, daxildə mövcud olan problemlərə yönəltmək əvəzinə, yenə də bütün diqqətini Azərbaycana qarşı yönəldib. Sanki Azərbaycandan başqa onların heç bir fəaliyyəti yoxdur." Bu  fikirləri  Olaylar.az-a  açıqlamasında  Siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Şəbnəm HƏSƏNOVA deyib:" 

Bəli, yenidən fərdi və təsisatlar çərçivəsində Azərbaycana qarşı aparılan kampaniyaların şahidi olduq. Sonuncu dəfə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Azərbaycana qarşı 18 iyun tarixində qərəzli qərar çıxardı və Azərbaycan dövləti haqlı olaraq Avropa Şurasının Bakı ofisinin rəhbəri Petr Zixi Xarici İşlər Nazirliyinə çağırdı, etirazımız bildirildi. Zamanında "Çıraqov və digərləri Ermənistana qarşı" işi üzrə Azərbaycan ərazilərinin Ermənistan tərəfindən faktiki işğal olunması, işğalçı rejimin Ermənistanın birbaşa hərbi və maliyyə dəstəyi ilə mövcudluğu təsbit edilməsinə baxmayaraq, mövcud qərarda həmin ərazilərin müstəqil subyekt kimi, "DQR" kimi adlandırılması beynəlxalq hüquqa və məhkəmə prosedurlarına ziddir. Bəli, bu həm də ona ziddir ki, öz-özünü təkzib edən bir qərarın şahidiyik. Gülməli deyilmi? O da ən yaxşı halda, ən müsbət ssenaridə. Ağlamalıdır, ən real durumda. Məhkəmə hakimiyyəti və ədalət deyirəm e Sizə. 

Azərbaycan öz torpaqlarını işğaldan azad etmək yolunda uzun, məşəqqətli, lakin nəticəyönümlü bir yola çıxmışdı. Bu istiqamətdə sadəcə öz qətiyyətimizin və əməyimizin nəticəsini aldıq.
Zərrə qədər fərqli olsa idi, zərrə qədər fərqli yanaşma görərdik. 

Cənab Prezident İlham Əliyevin 17 il ərzində nümayiş etdirdiyi nümunəvi fəaliyyətin nəticəsi olaraq biz nəticəyə hasil olduq. Heç nəyə və heç kimə görə deyil. Xalqımızın məhz cənab İlham Əliyevi tam, qəti dəstəkləməsi, dövlət başçımıza inanması nəticəsində. Dövlət başçımız ən son bir daha bildirdi ki, hər nə qədər biz problemi sülh yolu ilə həll etməyə çalışsaq da, heç bir halda bizə aman vermirdilər. Danışıqlarda şəxsən iştirak edən bir insan kimi deyilirdi ki, gedin razılaşın, müharibəyə başlaya bilməzsiniz, münaqişənin hərbi həll variantı yoxdur, ya da başlasanız, sanksiyalara məruz qalacaqsınız. Bəli, Azərbaycanın hərtərəfli əlini, qolunu, yolunu, hətta dilini belə bağlamağa çalışırdılar.

Azərbaycan isə qətiyyətli yolundan dönmədi. Bəli, həmin bu qətiyyətli yoldur ki, həmin bu tərəfləri və təsisatları yenidən Azərbaycana qarşı qərəz püskürməyə gətirib çıxarır. 

Cənab Şvabe, necə olur ki, siz 30 ilə yaxın zaman çərçivəsində hüquqları pozulan insanlarla bağlı bir dəfə olsun belə ən sadə cümlə qurmadığınız halda, bu gün Avropa Şurası Parlament Assambleyasının kürsüsündən Azərbaycana qarşı ən sərt mövqe ilə çıxış edirsiniz? Gəlişigözəl cümlələr qurursunuz? 

Necə olur ki, Ermənistanda keçirilən seçkilər zamanı baş verən qanunsuzluqları görmürsünüz, amma fəaliyyətinizin mərkəzində dərhal və yenidən Azərbaycan dayanır?

Sizi düşündürən nədir? Ya da vadar edən? Sizə tökülən pullar, axıdılan maliyyə resursları?

Bəli, təəssüflər olsun ki, Qərb təsisatları tamamilə çirkləşib, korrupsiyalaşıb, şəxsi maraqların qurbanı olub.

İnsan haqları, demokratiya, məhbuslar deyiləndə yaxşı olar ki, birinci dönüb Ermənistana baxasınız. Niyə görə yenə də ikili standartlar tətbiq edirsiniz?

Azərbaycan qətiyyətli yolunda davam edir. Bu yolda nə Frank Şvabe əngəl ola bilər, nə cəmiyyət onun sözlərinə inanandır, nə də bizi içdən parçalamaq və bölmək mümkün olacaq.

Bu baxımdan, Frank Şvabe yaxşı olar ki, özünü daha da rəzil duruma salmasın. Onsuz da maliyyə resurslarının arxasında gizlənərək, siyasətçi kimi özünü çoxdan ifşa edib." 

İBRAHİM  MƏMMƏDLİ

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31