Azərbaycan gəmilərlə bağlı beynəlxalq konvensiyaya qoşulub
15:47 Siyasət"Gəmilərdə zərərli çirklənmə əleyhinə sistemlərə nəzarət haqqında beynəlxalq Konvensiya"ya qoşulmaq barədə Azərbaycan Respublikasının Qanunu təsdiqlənib.
Prezident İlham Əliyevin imzaladığı qərara əsasən, Azərbaycan Respublikası 2001-ci il oktyabrın 5-də London şəhərində imzalanmış "Gəmilərdə zərərli çirklənmə əleyhinə sistemlərə nəzarət haqqında beynəlxalq Konvensiya"ya qoşulub.
Qeyd edək ki, Milli Məclis iyunun 12-də "Gəmilərdə zərərli çirklənmə əleyhinə sistemlərə nəzarət haqqında beynəlxalq Konvensiya"ya qoşulmaq barədə qanun qəbul etmişdi.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31