AŞPA Azərbaycana qarşı ikili standartlarını davam etdirir- ÖZƏL

"AŞPA-Azərbaycan münasibətləri son 25 ilin ən gərgin dövrünü yaşayır. Səbəbkar daim Azərbaycana qarşı qərəzli münasibət bəsləyən, hadisələrə ikili standartlar çərçivəsindən yanaşan AŞPA-nın özü və bəzi qərb təsisatlarıdır". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Elşad Musayev deyib: "AŞPA rəhbərliyi 22-26 iyun Strasburq sessiyasında növbəti dəfə fürsətcillik edərək Azərbaycan əleyhinə qətnamə qəbul etməyə nail olub. Bu qətnamənin qəbul olunmasında həmişə olduğu kimi yenə alman deputat Frank Şvabe əsas fiqurlardan biri olub. Şvabe və AŞPA daxilindəki bəzi deputatlar süni demokratıya maskası taxaraq Azərbaycan əleyhinə fəaliyyətlərini insan hüquqlarının pozulması ilə pərdələməyə çalışırlar. Onların riyakarlıqları da məhz burada açılır.

Son 30 il ərzində Ermənistanin işğalı nəticəsində qətlə yetirilən, əsir götürülərək olmazın əzab-əziyyətlərə məruz qoyulan, qaçqın-köçkün həyatı yaşayan azərbaycanlıların hüquqları, Ermənistanın işğalçı dövlət olması nə Şvabe, nə də onun Avropa təsisatındakı dostları tərəfindən bir dəfə də olsun dilə gətirilməməsi onların qeyri-səmimi və qərəzli olmalarını açıq göstərir. 

AŞPA Ermənistanla bağlı oxşar yanaşma tətbiq etmir, müxtəlif məsələləri bəhanə edərək Azərbaycana qarşı siyasi təzyiqləri davam etdirir. Azərbaycan Xarici İşlər Nazirliyi Avrupa Şurası Bakı ofisinin rəhbərliyini XİN-ə çağırarak etirazını bildirib. AŞPA-nın siyasi təzyiq xarakterli qətnamələri qərəzlidir, siyasi təzyiq xarakterlidir, heç bir hüquqi yükü yoxdur və kağız parçasından başqa bir şey deyildir. 
Avropanın enerji təhlükəsizliyinə böyük töhvə verən Azərbaycanla Avrupa təsisatları arasında gərginliyin deyil, əməkdaşlığın olması həm Azərbaycana , həm də Avropa institutlarına fayda gətirər. Mənz bunun üçün AŞPA öz siyasətində dəyişiklik etməli, ikili standartları kənara qoyaraq Azərbaycanla səmimi əməkdaşlıq yolları axtarmalıdır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31