Nüvə obyektlərinə çıxış üçün heç bir proqram yoxdur – İran rəsmisi

ABŞ və İsrailin İrana qarşı hərbi hava hücumları nəticəsində vurulan nüvə obyektləri və uran maddələrinə çıxış əldə etmək üçün heç bir proqram yoxdur.

Bunu İranın xarici işlər nazirinin müavini Kazem Qəribabadi "X" sosial şəbəkəsindəki hesabında yazıb.

"İranın hava hücumları nəticəsində vurulan nüvə obyektlərinə çıxış və digər məsələlər sadəcə yekun razılaşma çərçivəsində mümkün olacaq", - deyə o qeyd edib.

Qəribabadi bildirib ki, qarşı tərəfin müharibəyə son qoyulması, bütün sanksiyaların ləğvi və başqa məsələlər üzrə praktiki addımlar atacağı halda vurulan nüvə obyektləri ilə bağlı məsələ araşdırılacaq və vəziyyəti müəyyənləşəcək.

İranlı nazir müavini deyib ki, İsveçrədə Atom Enerjisi üzrə Beynəlxalq Agentliyinin baş direktoru Rafael Qrossinin müraciətinə baxmayaraq, İran tərəfi ilə onun arasında heç bir iclas keçirilməyib.

Qeyd edək ki, ABŞ və İran arasında nüvə proqramı ilə əlaqədar konkret nəticələr əldə olunmadığına görə, 28 fevralda ABŞ və İsrailin İrana qarşı hərbi hava hücumlara başlayıb və İran da həmin gündən İsraili və ABŞ-nin regiondakı obyektlərini raket və PUA ilə atəşə tutub. Pakistanın vasitəçiliyi ilə tərəflər arasında 7 apreldə atəşkəs razılaşması əldə olunub.

18 iyunda İran və ABŞ arasında sülh memorandumu imzalanıb. Memorandumu İran prezidenti Məsud Pezeşkian və ABŞ prezidenti Donald Tramp imzalayıblar. 19 iyundan sözügedən memorandum qüvvəyə minib.

21 iyunda İran və ABŞ arasında müzakirələrin ilk raundu Pakistan və Qətərin vasitəçiliyi ilə baş tutub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31