Ölkəmiz ortaq maraqlara əsaslanan təşəbbüslərlə çıxış edir- ÖZƏL
15:40 Siyasət"Azərbaycan İslam dünyasının ayrılmaz bir hissəsi olaraq üzv dövlətlərlə siyasi, iqtisadi, humanitar və parlamentlərarası əlaqələrin inkişafına daim mühüm önəm verir". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Fatma Yıldırım deyib: "Ölkəmiz qarşılıqlı hörmətə, etimada və ortaq maraqlara əsaslanan əməkdaşlığın daha da möhkəmləndirilməsi istiqamətində fəal təşəbbüslərlə çıxış edir.
Hazırda Bakıda İslam Əməkdaşlıq Təşkilatının üzvü olan dövlətlərin Parlament İttifaqı Konfransının 20-ci Sessiyası keçirilir. Hesab edirəm ki, bu cür beynəlxalq platformalar üzv ölkələr arasında tərəfdaşlığın dərinləşməsinə, yeni əməkdaşlıq imkanlarının yaranmasına və xalqlarımızın rifahına xidmət edən ortaq məqsədlərin həyata keçirilməsinə mühüm töhfə verəcəkdir".