KTMT NATO ölkələrinin hərbi manevrlərini yaxından izləyir- ÖZƏL

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) qərb sərhədlərində NATO qüvvələrinin aktiv şəkildə toplanmasını sənədləşdirib və alyansın hərbi manevrlərini yaxından izləyir. Olaylar.az xəbər verir ki, KTMT Daimi Şurasının hazırkı sədri Viktor Vasilyev bu barədə Sankt-Peterburq Beynəlxalq Hüquq Forumunda (SPILF) bildirib.

"Biz qərb sərhədlərimizdə, əsasən Baltikyanı ölkələrdə NATO qüvvələrinin aktiv şəkildə toplandığını görürük. Mən NATO ölkələrinin sərhədlərimizdə keçirdiyi xüsusi hərbi əməliyyat və manevrlərə toxunmayacağam, amma təbii ki, bunu yaxından izlədiyimiz bir şeydir", - deyə o bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31