Macarıstan sosialist dövrün dövlət təhlükəsizlik agentlərinin dosyelərini açıqlamağa hazırlaşır- ÖZƏL
13:49 SiyasətMacarıstanın yeni hökuməti sosialist dövründə fəaliyyət göstərmiş dövlət təhlükəsizlik xidmətinin agentləri ilə bağlı məlumatların ictimaiyyətə açıqlanmasını nəzərdə tutan qanun layihəsini parlamentə təqdim edib. Olaylar.az xəbər verir ki, bu barədə ölkənin Baş naziri Peter Magyar məlumat verib. O, bildirib ki, bu addım 12 aprel seçkilərində Tisza Partiyasının qələbəsindən sonra verdiyi vədin icrasıdır.
Baş nazir sosial şəbəkə hesabında paylaşdığı məlumatda qeyd edib ki, agent sənədlərinin açılması ilə bağlı qanun layihəsi artıq parlamentə təqdim olunub.
"Biz agent sənədlərinin açılması ilə bağlı qanun layihəsini parlamentə təqdim etmişik. Bu addımı atmağa öhdəlik götürmüşdük. Bu, onilliklər ərzində yığılıb qalmış bir borcun ödənilməsi olacaq", - deyə Peter Magyar vurğulayıb.
Qanun layihəsinin qəbul ediləcəyi təqdirdə, sosialist dövründə dövlət təhlükəsizlik orqanları ilə əməkdaşlıq etmiş şəxslər barədə arxiv materiallarının ictimaiyyət üçün əlçatan olması nəzərdə tutulur.