Qrosoft: İranda MAQATE yoxlamaları gec-tez başlayacaq – ÖZƏL

Olaylar.az xəbər verir ki, Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) rəhbəri Rafael Qrossi Yaponiyanın "Fukuşima-1" AES-nə səfəri zamanı bəyan edib ki, agentliyin mütəxəssisləri gec-tez İranın nüvə obyektlərində təftişlərə başlayacaqlar. Onun sözlərinə görə, ABŞ və İran arasında imzalanmış anlaşma memorandumunda nüvə materiallarından istifadə olunan obyektlərin MAQATE-nin nəzarəti altında fəaliyyət göstərəcəyi açıq şəkildə qeyd olunub ki, bu da yoxlamaların keçirilməsini mütləq edir. Qrossi bu insreksiyaların dəqiq başlama tarixinin hələ müəyyən edilmədiyini, lakin bunun kritik bir məsələ olmadığını vurğulayıb. 

Qeyd edək ki, sözügedən memorandum bütün cəbhələrdə hərbi əməliyyatların dərhal dayandırılmasını nəzərdə tutur və iyunun 21-22-də İsveçrənin Bürgenştok kurortunda sənədin icrası ilə bağlı Qətər və Pakistanın vasitəçiliyi ilə danışıqlar aparılıb. Bununla belə, İran XİN-in rəsmisi İsmayıl Bəqai rəsmi Tehranın Bürgenştokda MAQATE ilə yeni nüvə yoxlamaları barədə hər hansı bir müzakirə aparmadığını bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31