Qarşıdurmanın toxumları səpilir- ÖZƏL
10:18 SiyasətPezeşkiana olan hədələr xəbərdarlıq xarakteri daşıyır
"İranın daxili siyasi elitasının ABŞ-la danışıqlar aparan qrupu ilə daxildəki mühafizəkar, güclü maliyyə imkanları olan qrupla qarşıdurması ehtimalının mövcudluğunu gözardı etmək olmaz. Məsələ ondadır ki, danışıqlar qrupunun uğurları mühafizəkar-konservativ qrupun baş vermiş müharibədə məğlubiyyəti fonunda ortaya çıxır. Mühafizəkarlar, yəni hərbi qanad ABŞ-la əldə olunan razılaşmadan divident götürə bilmədiyi üçün danışıqları ya sabotaj edəcək, ya da danışıqlar qrupunu neytrallaşdırmağa çalışacaq ki, bu, maraqlı olacaq". Bunu "Olaylar"a ƏHD Partiyası İdarə Heyətinin üzvü Azər Qasımov deyib: " Pezeşkian, Qalibaf və Abbas Əraqçı qrupunun simvolik olan, amma ABŞ danışıqlarından sonra real siyasi gücə çevrilməsi üçün İranın maliyyə ehtiyatlarına nəzarət edən Müştəba, Səid Cəlili, Əhməd Vahidi və s.in maliyyə, daxili hərbi təşkilatlanma, proksi güclərə nəzarət gücünü ABŞ danışıqları zamanı separat danışıqlara devirməyi razılaşdırıblarmı?
Pezeşkianın SEPAH-ın nəzarətinə verilən milyon dollarlıq neftin taleyini soruşması, Qalibafın ABŞ danışıqlarına daxildən olan maneələrin olmasını deməsi belə fikir formalaşdırır ki, bu fikirlər təsadüfən deyilmir. Qarşıdurmanın toxumları səpilir. Pezeşkiana olan hədələr də xəbərdarlıq xarakteri daşıyır. Görünən odur ki, radikal-konservativ güclü qrup imkanlarını əldən vermək istəmir, istəməz də. ABŞ nəzarətində dondurulmuş vəsaitlərin xərclənməsi danışıqlar qrupunun lehinə atılmış addımdır. Bu qrupun xalqın ehtiyacları üçün xərclənən vəsaitlərdən divident toplaması üçündür. Onların xalq arasında tərəfdaşlarının artması radikal-mühafizəkarları hərəkətə keçirəcək. Pezeşkianın Pakistana səfərinin də onlardan mühafizəkarlara qarşı dəstək alması məqsədilə edildiyi böyük ehtimaldır.
ABŞ bu danışıqlarla İran hakimiyyətinin mahiyyətini ikiyə böldü və xalqa seçim verdi. İran xalqı ya onun üçün çalışan insanları seçməlidir, ya da onu keçmişə çəkən, yeri gələndə xalqı qırmaqdan çəkinməyən, korrupsiyalaşmış "mühafizəkarları".