İrakli Kobaxidze: Avropa Parlamenti öz yanaşması ilə Sovet İttifaqının Ali Sovetinə bənzəyir – ÖZƏL
15:15 Siyasət
Olaylar.az xəbər verir ki, Gürcüstanın Baş naziri İrakli Kobaxidze jurnalistlərə bəyan edib ki, rəsmi Tbilisi xalq tərəfindən seçilmiş hakimiyyəti tanımayan Avropa Parlamentinin bu siyasətinə qarşı qətiyyətlə müqavimət göstərəcək. O, xalqın iradəsini və seçilmiş hökuməti tanımamağı ölkənin suverenliyinə hücum kimi qiymətləndirib.
Kobaxidze qeyd edib ki, Rusiyanın və daha dörd dövlətin Abxaziya və Sxinvali bölgələri ilə bağlı Gürcüstanın ərazi bütövlüyünü tanımadığı kimi, Avropa Parlamenti də Gürcüstanın bütün ərazisində onun suverenliyini qəbul etmir. Baş nazir ölkənin suverenliyini həm Rusiya Dumasının, həm də Avropa Parlamentinin tanımalı olduğunu vurğulayaraq, Avropa Parlamentinin hazırkı vəziyyətini və iş prinsiplərini Sovet İttifaqının Ali Sovetinin yanaşmalarına bənzədib və bunu "faciəvi hal" adlandırıb