Polşa İsveçdən üç A-26 sualtı qayığı alacaq- ÖZƏL
14:32 SiyasətPolşa İsveçdən A-26 "Blekinge" sinifinə aid üç sualtı qayığın alınmasına dair müqaviləni iyunun 29-da Qdınya şəhərində imzalayacaq. Olaylar.az xəbər verir ki, bu barədə Polşanın Baş nazirinin müavini və müdafiə naziri Vladislav Kosinyak-Kamış məlumat verib.
Nazirin sözlərinə görə, sənəd təkcə hökumətlərarası deyil, həm də müdafiə sənayesi müəssisələri arasında bağlanacaq müqaviləni əhatə edəcək. O bildirib ki, Polşa ilk İsveç istehsalı olan A-26 sualtı qayığını 2030-cu ilə qədər təhvil almağı planlaşdırır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31