İran: Trampın bəyanatları Bürgenştok danışıqlarını ciddi təhlükəyə atıb – ÖZƏL

ABŞ Prezidenti Donald Trampın İrana qarşı bəyanatları Bürgenştokda aparılan danışıqlar prosesini ciddi təhlükə altına qoyub. 

Olaylar.az xəbər verir ki, bunu İranın BMT-nin Cenevrə bölməsindəki daimi nümayəndəsi Əli Bəhreyni keçirdiyi brifinqdə bildirib. O qeyd edib ki, Vaşinqton diplomatik nizamlanmaya sadiqlik nümayiş etdirəcəyi təqdirdə Tehran dialoqu davam etdirməyə hazırdır. Bununla belə, daimi nümayəndə İrana qarşı hərbi tədbirlərin heç bir nəticə verməyəcəyini vurğulayaraq, hərbi variantların biryolluq gündəlikdən çıxarılmalı olduğunu diqqətə çatdırıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31