Litva hökuməti istefa verdiyini açıqladı ÖZƏL

Olaylar.az xəbər verir ki, Baş nazir İnqa Ruqinienin rəhbərlik etdiyi Litva Nazirlər Kabineti istefa verdiyini açıqlayıb. Qərar kabinet iclasında konsensusla qəbul edilib. Baş nazir dedi: "Bütün çətinliklərə baxmayaraq, fəxr edəcəyimiz bir şey var - dövlətin və xalqının rifahı üçün etdiklərimizlə. Bu gün istefa vermək qərarını veririk."
Hakim koalisiyadakı dəyişikliklər səbəbindən baş nazir və bütün hökumət istefa verməyə məcbur oldu. Koalisiyanı yenidən təşkil etmək məsələsi Litva Sosial Demokrat Partiyasının iyunun əvvəlində Nemunas partiyasını populist siyasətdə ittiham edərək onunla əməkdaşlığı dayandırmaq qərarından sonra ortaya çıxdı. Yeni koalisiya tərəfdaşı Litva üçün Demokratlar partiyası olub. Bu dəyişikliklərin bir hissəsi olaraq, "hökuməti yenidən qurmaq" qərarı verilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31