Regionun geosiyasi arxitekturasını dəyişən tarixi hadisə- ÖZƏL

"Türkmənistanın fəal dəstəyi ilə Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Şurasına tamhüquqlu üzv qəbul edilməsi regionun geosiyasi arxitekturasını dəyişən tarixi bir hadisədir". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Anar Məmmədov deyib: "Coğrafi baxımdan bu bölgəyə aid olmasaq da, Azərbaycan mənəvi, tarixi və ən əsası nəqliyyat-logistika imkanları ilə Mərkəzi Asiyanın ayrılmaz bir parçasına çevrilib. Bu gün Bakı və Aşqabad böyük Mərkəzi Asiyanın vahid geosiyasi və geoiqtisadi bölgə kimi qəbul edilməsi üçün real ilkin şərtlər və yeni reallıqlar yaradır.

Dünyada təhlükəsiz və etibarlı tranzit marşrutlarına ehtiyacın pik həddə çatdığı bir dövrdə, Azərbaycan və Türkmənistanın formalaşdırdığı nəqliyyat dəhlizləri geniş bir coğrafiya üçün strateji əhəmiyyət kəsb edir. Cənab Prezidentin də qeyd etdiyi kimi, "Siyasi qarşılıqlı fəaliyyət olmasaydı, heç bir coğrafi şərait səylərimizi birləşdirməyə imkan verməzdi". İki ölkə rəhbərliyinin güclü siyasi iradəsi sayəsində Xəzər dənizi üzərindən keçən yük axınlarının artırılması və üçüncü ölkələrin bu marşrutlara cəlb edilməsi istiqamətində əldə olunan razılıq hər iki dövlətin qlobal logistika xəritəsindəki mövqeyini sarsılmaz edir. Gələn ay keçiriləcək Hökumətlərarası Komissiyanın iclası bu tapşırıqların icrası üçün konkret fəaliyyət planı olacaqdır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31