Erməni ekspert: Bakı "Qərbi Azərbaycan" mövzusundan İrəvana qarşı təzyiq rıçaqı kimi istifadə edir – ÖZƏL

Olaylar.az xəbər verir ki, ermənistanlı politoloq və təhlükəsizlik eksperti David Arutyunov "Sputnik Armeniya"ya müsahibəsində bildirib ki, rəsmi Bakının Naxçıvan və Gəncə yaxınlığında keçirdiyi "Qərbi Azərbaycana qayıdış" festivalları İrəvana təzyiq aləti və daxili auditoriyaya hesablanmış təbliğat xarakteri daşıyır. (?)Ekspertin fikrincə, dövlət səviyyəsində maliyyələşən bu tədbirlər guya həm də gələcəkdə Qarabağ ermənilərinin qayıdışı məsələsinin müzakirəsinin qarşısını almaq məqsədi güdür. O, azərbaycanlıların kütləvi şəkildə Ermənistana köçürülməsinin hüquqi və sosial baxımdan hazırda çətin olduğunu, lakin 5-10 ildən sonra bu mövzunun Bakı üçün prioritetə çevrilə biləcəyini qeyd edib. Ermənistan daxilində isə bu məsələyə reaksiyalar kəskin şəkildə fərqlənir; Baş nazir Nikol Paşinyan qarşılıqlı ərazi bütövlüyünün tanınması fonunda bu mövzunun qapandığını desə də, ekspert Ermənistan hakimiyyətinin Bakının addımlarına qarşı nümayiş etdirdiyi sakitlik və passivliyin Azərbaycanı daha da stimullaşdırdığını iddia edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31