Prezident İlham Əliyev: Azərbaycanla Türkmənistan arasında nəqliyyat-logistika sahəsində əməkdaşlıq uzunmüddətli xarakter daşıyır
16:47 SiyasətBu gün nəqliyyat-logistika sahəsi haqqında da çox danışıldı. Təbii ki, ölkələrimiz arasında bu sahədə əməkdaşlıq artıq uzunmüddətli xarakter daşıyır, hətta deyərdim ki, bu, təkcə bizim üçün deyil, təkcə qonşularımız üçün deyil, həm də geniş bir coğrafiya üçün strateji əhəmiyyətə malikdir.
Bu sözləri Prezident İlham Əliyev Türkmənistan Prezident Sərdar Berdiməhəmmədovla mətbuata bəyanatında söyləyib.
Dövlətimizin başçısı, həmçinin qeyd edib: "Çünki bu gün dünyada öz aralarında əməkdaşlıq edən ölkələri birləşdirən çox etibarlı, təhlükəsiz nəqliyyat marşrutları o qədər də çox deyil. Bu, böyük nailiyyətdir".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31