Ermənistan və Aİ viza rejiminin liberallaşdırılması ilə bağlı islahatları müzakirə ediblər – ÖZƏL

Ermənistanın ədliyyə naziri Srbuhi Qalyan Avropa İttifaqının bu ölkədəki nümayəndəliyinin rəhbəri, səfir Vasilis Maraqos ilə görüşüb. 

Olaylar.az xəbər verir ki, Nazirliyin mətbuat xidmətinin məlumatına görə, tərəflər Ermənistan-Aİ viza rejiminin liberallaşdırılması üzrə Fəaliyyət Proqramının icrasını, eləcə də məhkəmə-hüquq və konstitusiya islahatları prosesini müzakirə ediblər. Görüşdə nazir Qalyan şərti vaxtından əvvəl azad etmə kimi bir sıra sahəvi məsələlərə də toxunub. 

Görüşün sonunda rəsmilər qarşılıqlı maraq doğuran digər mövzular ətrafında fikir mübadiləsi aparıblar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31