Həbsdə olan müxalif lider Elene Xoştariya müttəfiqlərini birliyə çağırıb – ÖZƏL

Olaylar.az xəbər verir ki, Gürcüstanda həbsdə olan "Dəyişiklik naminə Koalisiya"nın liderlərindən biri Elene Xoştariya sosial şəbəkədə bəyanat yayaraq, müxalifət daxilindəki ittifaqın qorunmasının vacibliyini vurğulayıb. O, daxili çəkişmələrə görə cəmiyyət qarşısında utanc hissi keçirdiyini və bu səbəbdən indiyədək partiyasına yönələn hücumlar qarşısında qəsdən susduğunu bildirib. Lakin Xoştariya mübarizənin ön cəbhəsində yer alan, təqib və təzyiqlərə məruz qalan mediaya qarşı son hücumları kəskin pisləyib. 

Alyansı "yalançı birlik" adlandıranları ümumi hədəfləri anlamamaqda ittiham edən müxalif lider, şəxsi ambisiyaların ümumi mübarizəni sarsıtmayacağına ümid etdiyini vurğulayıb. Xoştariya, ortaq məqsəd naminə bəzi narahatlıqlara rəğmən, koalisiyanın digər üzvləri ilə əməkdaşlığa tam hazır olduğunu bəyan edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31