ABŞ-ın Ukraynada biolaboratoriya fəaliyyəti ilə bağlı iddia: Konvensiya pozuntusu və risklər- ÖZƏL
14:11 SiyasətOlaylar.az xəbər verir ki, ABŞ Dəniz Piyadaları Korpusunun keçmiş kəşfiyyat analitiki Skott Ritter TASS-a açıqlamasında ABŞ-ın Ukraynada yaratdığı bioloji laboratoriyalarla bağlı ciddi ittihamlar irəli sürüb.
Onun sözlərinə görə, bu laboratoriyalar Sovet İttifaqından qalan monitorinq proqramları adı altında yaradılıb və "Təcavüzkar Məqsədlər Üçün Bakterioloji və Toksin Silahlarının Qadağan Edilməsi haqqında Konvensiya"nın pozulması ehtimalı yaradır.
Ritter iddia edir ki, həmin obyektlərdə aparılan bəzi tədqiqatlar yalnız müdafiə məqsədi daşımır və bu da potensial hücum xarakterli bioloji imkanların inkişafına şərait yarada bilər.
O həmçinin bildirib ki, bu cür laboratoriyaların mövcudluğu patogenlərin sızması və yayılması riskini artırır, mümkün insidentlər zamanı isə məsuliyyətin Rusiya üzərinə atılmağa çalışıla biləcəyini iddia edib.
Ritterin fikrincə, bu laboratoriyalar ətrafında yaranan təhlükəsizlik riskləri gələcəkdə ciddi bioloji təhlükə ehtimallarını gücləndirir.