Ermənistanda seçki nəticələri ilə bağlı iddiaya baxacaq hakimlərin sayı yeddiyə endi – ÖZƏL
13:55 SiyasətOlaylar.az xəbər verir ki, Ermənistan Konstitusiya Məhkəməsinin sədri Arman Dilanyan parlament seçkilərinin nəticələrinə etirazlarla bağlı işlərə baxılmasından hakimlər Vladimir Vardanyan və Artak Zeynalyanın kənarlaşdırılması barədə qərar qəbul edib.
Qərara səbəb müxalif qüvvələrin hər iki hakimin hakim partiya - Vətəndaş Müqaviləsi Partiyası ilə əvvəlki siyasi əlaqələrinə görə qərəzli ola biləcəkləri barədə müraciətləri olub. Vardanyan 2019-2026-cı illərdə hakim partiyadan deputat olub, Zeynalyan isə 2018-2019-cu illərdə Baş nazir Nikol Paşinyanın hökumətində ədliyyə naziri vəzifəsini tutub.
Eyni zamanda, Konstitusiya Məhkəməsi "Vətəndaş Müqaviləsi" partiyasını iş üzrə üçüncü tərəf qismində prosesə cəlb edib.
İyunun 7-də keçirilmiş parlament seçkilərinin nəticələrinə etiraz edən bir neçə müxalif partiya və blokun müraciətləri vahid icraatda birləşdirilib. Beləliklə, seçki nəticələri ilə bağlı işə Konstitusiya Məhkəməsinin doqquz hakimindən yeddisi baxacaq.