Kosaçev: “Starmerin istefası Britaniyanın Rusiyaya qarşı siyasətini dəyişməyəcək”- ÖZƏL
13:06 SiyasətRusiya Federasiya Şurası sədrinin müavini Konstantin Kosaçev bildirib ki, Böyük Britaniyanın Baş naziri Kir Starmer vəzifəsindən getsə belə, Londonun Rusiyaya qarşı siyasətində dəyişiklik baş verməyəcək.
Olaylar.az xəbər verir ki, TASS-a açıqlama verən Kosaçev Starmeri zəif baş nazir adlandıraraq, onun son illərdə Avropa liderlərinin siyasi keyfiyyətinin aşağı düşməsi tendensiyasını təsdiqlədiyini iddia edib.
Senatorun fikrincə, Starmerin mümkün istefası Böyük Britaniyanın Rusiyaya münasibətinə təsir göstərməyəcək. O bildirib ki, Londonda hakimiyyətə kimin gəlməsindən asılı olmayaraq, ölkə əsrlər boyu davam edən Rusiyaya qarşı siyasətindən imtina etməyəcək.
Kosaçev əlavə edib ki, bu ənənə yalnız İkinci Dünya Müharibəsi dövründə qısa müddətə kəsilib. Onun sözlərinə görə, Britaniyanın Rusiyaya münasibətində fundamental dəyişiklik gözlənilmir.