Cenevrə danışıqlarında müsbət irəliləyişlər olması mümkündür- ÖZƏL
12:49 Siyasət"ABŞ və İran arasında Cenevrədə danışıqlar davam edir. Danışıqlar iki mərhələdə davam edəcək. Pakistanın Baş nazirinin iştirakı ilə aparilan danışıqlarda ABŞ vitse-prezidenti D. Vens İranı parlamentin sədri M. Qalibaf və Xarici işlər naziri A. Araqçi təmsil edir". "Olaylar" xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib: "Bu danışıqlarda müsbət irəliləyişlərin olması istisna deyil. İran Hörmüz boğazını bağlayıb. Görünür, diplomatik masada üstünlük qazanmağa çalışır. Livan cəbhəsində nisbi sakitlikdir. Tərəflər arasında yeni danışıqların baş tutması mümkündür. Cenevrə danışıqlarında müsbət irəliləyişlər olması mümkündür".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31