"Gürcü arzusu": Rusiyadan gələn çağırışlar bizi qətiyyən maraqlandırmır – ÖZƏL
12:37 SiyasətOlaylar.az xəbər verir ki, "Gürcü arzusu" partiyasının deputatı Levan Maçavariani Rusiya XİN-in rəsmisi Mariya Zaxarovanın Tbilisidə Rus Dili Gününə həsr olunmuş tədbiri pozmağa çalışanların cəzalandırılması barədə çağırışına sərt cavab verib. Maçavariani bildirib ki, Gürcüstan hüquq-mühafizə orqanlarının öz müstəqil gündəliyi var və onlar yalnız bu gündəliyə uyğun hərəkət edirlər. Deputat Rusiya rəsmilərinin tez-tez ABŞ və Avropa İttifaqına qarşı da oxşar bəyanatlar səsləndirdiyini, lakin rəsmi Tbilisini Rusiyadan gələn heç bir çağırışın maraqlandırmadığını vurğulayıb.
Xatırladaq ki, Mariya Zaxarova Tbilisidəki hadisəni törədənləri "radikal və ekstremist" adlandıraraq Gürcüstan tərəfindən cəzalandırılmalarını, həmçinin onlara rus şairlərini tanıtdırmaq üçün kitab hədiyyə edilməsini təklif etmişdi.