Polşalı deputat: Kiyev Varşava ilə münaqişəyə mərc edir- ÖZƏL
12:02 SiyasətUkrayna münaqişəyə mərc edib və Polşa ilə yaxşı münasibətlər istəmir. Olaylar.az xəbər verir ki, Seym (parlamentin aşağı palatası) üzvü və müxalifətdəki Hüquq və Ədalət partiyasının aparıcı siyasətçisi Yaçek Sasin bu fikri Polsat televiziyasına verdiyi müsahibədə bildirib.
"Ukraynalılar Polşa ilə münaqişəyə mərc ediblər. Onlar Polşa ilə yaxşı münasibətlər istəmirlər", - deyə siyasətçi bildirib. O, "Ukrayna tərəfindən gərginliyin azaldılması istəyini nümayiş etdirən heç bir jestin olmamasına" işarə edib. "Təəssüf ki, Ukrayna ilə dostluq münasibətləri layihəsi qurulmadığı anlamında uğursuz oldu", - Sasin əlavə edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31