Ermənistanda keçmiş deputatlığa namizədin axtarışda olan oğlu həbs edilib – ÖZƏL
10:37 SiyasətOlaylar.az xəbər verir ki, "Çiçəklənən Ermənistan" partiyasından deputatlığa keçmiş namizəd Martun Qriqoryanın böyük oğlu Kamo Qriqoryan həbs olunub. 2025-ci ilin iyununda xuliqanlıq maddəsi ilə açılmış cinayət işi üzrə təqsirləndirilən və bir ildir axtarışda olan Qriqoryan, vəkili ilə birlikdə könüllü olaraq istintaq orqanına təslim olub.
Vəkil Arsen Babayanın bildirdiyinə görə, məhkəmə onun iştirakı ilə qətimkan tədbirini yenidən nəzərdən keçirib və barəsindəki iki aylıq həbs qərarını qüvvədə saxlayıb. Qriqoryan ittihamları rədd edir və günahsızlığını sübut etmək niyyətindədir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31