Kaxa Kaladze: Avropa Parlamentinin qətnamələrinin heç bir dəyəri yoxdur – ÖZƏL

Olaylar.az xəbər verir ki, Tbilisi meri və "Gürcü arzusu" partiyasının baş katibi Kaxa Kaladze Avropa Parlamentinin qətnaməsini şərh edərək bildirib ki, bu cür sənədlərin heç bir dəyəri yoxdur, onlar yalnız yalan, böhtan və hədələrdən ibarətdir. 

Kaladzenin sözlərinə görə, Gürcüstan tərəfi dialoqa və müzakirələrə hər zaman hazırdır, lakin kimlərinsə onlara yuxarıdan aşağı baxaraq barmaq silkələməsi və bu cür münasibət nümayiş etdirməsi qətiyyən qəbulolunmazdır. O, Gürcüstanın müstəqil və suveren bir dövlət olduğunu vurğulayaraq, hər kəsi gürcü xalqına və onun seçiminə hörmətlə yanaşmağa çağırıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31