Aİ-nin milyonları Rusiyanın təsirini əvəz edə biləcəkmi? Ermənistanın çətin seçim i-ÖZƏL
15:33 Siyasət" Ermənistanda parlamentdə keçirilən sonuncu seçkilərin nəticələrindən asılı olaraq Ermənistan uğrunda Qərb və Rusiya arasında geosiyasi qarşıdurmanın güclənəcəyi gözlənilən idi. Paşinyanın "Mülki müqavilə" partiyasının seçkilərdə əldə etdiyi qələbədən sonra Ermənistanın Avropa Birliyinə inteqrasiyanı sürətləndirəcəyi ilə bağlı atacağı addımlar artıq rəsmi Moskvanı düşündürür, bu addımları ləngitmək, Ermənistanı Rusiyanın təsir dairəsindən qopmasını əngəlləmək üçün Rusiya artıq iqtisadi və siyasi təzyiq vasitələrini gücləndirib".
Bu fikirləri politoloq Elşən Manafov Olaylar.az-a açıqlamasında söyləyib:
"Bəlllidir ki, Ermənistan kənd təsərrüfatı məhsullarının əsas satış bazarı Rusiyadır, ölkənin aqrar sektorunun istehsal etdiyi məhsulların 90%-i məhz Rusiyaya idxal edilir, hesablamalar göstərir ki, bu ixracatdan Ermənistanın əldə etdiyi gəlir 420 milyon dollardan yuxarıdır. Rusiya artıq Ermənistandan Rusiyaya daxil olan 20 adda kənd təsərrüfatı məhsullarına sanitar təhlükəsizlik qaydalarına cavab verməyən anlamda qadağalar qoyub.
Ermənistanın müraciətindən sonra Aİ Ermənistana dəyə biləcək ziyanın kompensasiya edilməsi məqsədilə bu ölkəyə 420 milyon avro məbləğində yardım göstərməyi planlaşdırır, lakin bu yardım paketinin Ermənistanı Rusiya asılığından qurtarmayacağı birmənalıdır.
Əvvəla Ermənistan Rusiyadan güzəştli şərtlərlə qaz alır, bu hazırda hər min.kub.m üçün 177 dollar təşkil edir, Qazprom isə Ermənistana AB nə inteqrasiya ilə bağlı qərar qəbul edəcəyi təqdirdə Ermənistana qazı elə AB ölkələrinə nəql etdiyi tariflərlə satacağı ilə bağlı dəfələrlə xəbərdarlıq etmişdi, bu isə 570-620 dol.civarında dəyişəcək, təbii ki, bu halda Ermənistana 720 mil.dollardan yuxarı vəsait tələb olunacaq. Ermənistan isə qazı büsbütün Rusiyadan istehlak edir, istehlak olunan qazın təxminən 15-17%-i İrandan alınır. Ermənistan iqtisadiyyatının bütün Rusiya qazından asılılğı konteksində bunun Ermənistanın enerji təhlükəsizliyində hansı problemlər doğuracağını təsəvvür etmək çətin deyil, üstəlik Ermənistanın dənizə çıxış imkanları da yoxdur ki, ona kifayət edəcək maye qaz və neft ucuz loqistik yollarla ona çatdırılsın.
Ermənistanın dəmir yolları üzərində nəzarətin Rusiyaya aid olması bu sahədə də Rusiyanın Ermənistana təsir imkanlarının göstəricisi kimi vacib faktordur. Ermənistandan olan qostarbayterlərin il ərzində Rusiyadan Ermənistana ötürdükləri pul vəsaitlərinin ümumi həcmi 2,5 milyard dollardan çoxdur və bu amil Ermənistanda ailələrin sosial problemlərinin həllində mühüm göstəricidir. Ermənistanda Rusiya hərbi bazasının (Gümrüdə 102-ci baza) hələ də qalması Qərbin Ermənistanda geosiyasi anlamda oturuşmasını əngəlləyən amildir. Nəzərə almaq lazımdır ki, Rusiyanın təşəbüsü ilə KTMT-ı Ermənistanı bu hərbi siyasi blokda səsvermə hüququndan məhrum etməyə hazırlaşır, səbəb kimi isə Ermənistanın bu ittifaqa bir neçə ildir ki, üzvlük haqqını ödəməməsidir.
Ermənistanın bu blokdan uzaqlaşdırılmasından sonra isə istisna deyil ki, onun Avrasiya İqtisadi İttifaqından da uzaqlaşdırılacağı ilə bağlı qərar qəbul edilsin. Bütün bunların konteksində Aİ-nin Ermənistana təklif etdiyi kompensasiya onun Rusiya asılıılğından qurtulmasına əsaslı zəmin olmayacaq".
Zeynəb Mustafazadə