XİN-in diplomatik xidmət əməkdaşlarının aylıq vəzifə maaşları təsdiqlənib - Fərman

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyində xidmət keçən diplomatik xidmət əməkdaşlarının aylıq vəzifə maaşlarının və aylıq vəzifə maaşlarına diplomatik rütbəyə və təmsilçiliyə görə əlavə haqqın məbləğləri təsdiq olunub.

Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb. Fərmanın mətni Azərbaycan Prezidentinin rəsmi internet saytında dərc edilib.

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyində xidmət keçən diplomatik xidmət əməkdaşlarının əməyinin ödəniş pillələri üzrə aylıq vəzifə maaşlarının məbləği

Diplomatik vəzifənin adı

Ödəniş pillələri

I

II

III

IV

V

VI

VII

Xüsusi tapşırıqlar üzrə səfir, idarə rəisi

8245

8450

8660

8865

9070

9275

9485

İdarə rəisinin müavini

6635

6805

6970

7135

7300

7465

7635

Müşavir

6175

6330

6485

6635

6790

6945

7100

Şöbə müdiri

4970

5095

5220

5340

5465

5590

5715

Birinci katib

4625

4740

4855

4970

5085

5200

5315

İkinci katib

4300

4410

4515

4625

4730

4840

4945

Üçüncü katib

4000

4100

4200

4300

4400

4500

4600

Attaşe

3720

3815

3910

4000

4095

4185

4280

Qeyd: Xarici işlər nazirinin və onun müavinlərinin diplomatik vəzifələri üzrə aylıq vəzifə maaşlarının məbləği "Azərbaycan Respublikasının bəzi dövlət orqanlarının rəhbər işçilərinə yeni vəzifə maaşlarının müəyyən edilməsi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 19 mart tarixli 625 nömrəli Fərmanı ilə müəyyən edilir.

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyində xidmət keçən diplomatik xidmət əməkdaşlarının aylıq vəzifə maaşlarına diplomatik rütbəyə görə əlavə haqqın məbləği

Diplomatik rütbənin adı

Aylıq vəzifə maaşlarına diplomatik rütbəyə görə əlavə haqq

(manatla)

Fövqəladə və səlahiyyətli səfir

550

Birinci dərəcəli fövqəladə və səlahiyyətli elçi

500

İkinci dərəcəli fövqəladə və səlahiyyətli elçi

450

Birinci dərəcəli müşavir

400

İkinci dərəcəli müşavir

350

Birinci dərəcəli birinci katib

300

İkinci dərəcəli birinci katib

275

Birinci dərəcəli ikinci katib

260

İkinci dərəcəli ikinci katib

250

Üçüncü katib

225

Attaşe

200

Qeyd:

Diplomatik xidmət əməkdaşlarının aylıq vəzifə maaşlarına diplomatik rütbəyə görə əlavə haqqın verilməsi dövlət büdcəsində Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin (bundan sonra - Nazirlik) saxlanılması xərclərində nəzərdə tutulmuş vəsait hesabına həyata keçirilir. Bu məqsədlə hər il növbəti ilin dövlət büdcəsi layihəsinin tərtibi zamanı Nazirlik üzrə baza aylıq vəzifə maaşlarının (birinci ödəniş pilləsi) 0,8 misli həcmində vəsait Nazirliyin saxlanılması xərclərinin tərkibinə daxil edilir.

Aylıq vəzifə maaşına diplomatik rütbəyə görə əlavə haqq, diplomatik xidmət əməkdaşına diplomatik rütbənin verildiyi aydan sonrakı ayın 1-dən başlayaraq, hər ay vəzifə maaşı ilə birlikdə ödənilir.

Diplomatik xidmət əməkdaşının diplomatik rütbəsi artırıldıqda əvvəlki

diplomatik rütbəyə görə əlavə haqqın verilməsi növbəti ayın 1-dən dayandırılır.

Diplomatik xidmət əməkdaşının əvvəlki diplomatik rütbəsi bərpa olunduqda, həmin diplomatik rütbəyə görə aylıq vəzifə maaşına əlavə haqqın verilməsi növbəti ayın 1-dən başlayaraq həyata keçirilir.

Diplomatik xidmət əməkdaşının diplomatik rütbəsi aşağı salındıqda, əvvəlki diplomatik rütbəyə görə aylıq vəzifə maaşına əlavə haqqın verilməsi dərhal dayandırılır.

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyində xidmət keçən diplomatik xidmət əməkdaşlarının aylıq vəzifə maaşlarına təmsilçiliyə görə əlavə haqqın məbləği

Diplomatik vəzifənin adı

Aylıq vəzifə maaşlarına təmsilçiliyə görə əlavə haqq

(manatla)

Xüsusi tapşırıqlar üzrə səfir, idarə rəisi

400

İdarə rəisinin müavini

330

Müşavir

310

Şöbə müdiri

250

Birinci katib

230

İkinci katib

220

Üçüncü katib

200

Attaşe

180

Qeyd:

Diplomatik xidmət əməkdaşlarının (xarici işlər naziri və onun müavinləri istisna olmaqla) aylıq vəzifə maaşlarına təmsilçiliyə görə əlavə haqqın verilməsi dövlət büdcəsində Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin saxlanılması xərclərində nəzərdə tutulmuş vəsait hesabına həyata keçirilir.

Aylıq vəzifə maaşına təmsilçiliyə görə əlavə haqq, diplomatik xidmət əməkdaşına diplomatik rütbənin ilk dəfə verildiyi aydan sonrakı ayın 1-dən başlayaraq, hər ay vəzifə maaşı ilə birlikdə ödənilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31