Qadın siyasətçilər Elene Xoştariyanın səhhətinin pisləşməsi ilə bağlı bəyanat yayıblar – ÖZƏL
13:33 SiyasətOlaylar.az xəbər verir ki, bir qrup qadın siyasətçi və ictimaiyyət nümayəndəsi Rüstavidəki 5 saylı qadın cəzaçəkmə müəssisəsinin qarşısında "Droa" hərəkatının lideri Elene Xoştariyaya dəstək bəyanatı ilə çıxış ediblər.
Bəyanatda qeyd olunur ki, dinc etiraz aksiyasına görə 1 il 6 ay müddətinə qanunsuz azadlıqdan məhrum edilən və artıq on aydır həbsdə olan Xoştariyanın səhhəti həbsxanaya köçürüldükdən sonra kəskin pisləşib. Siyasətçilərin sözlərinə görə, xroniki xəstəliklərdən əziyyət çəkən Xoştariyaya müəssisədə lazımi tibbi yardım göstərilmir və xüsusi tibbi protokollar icra olunmur. Azadlıqda olduğu dövrdə səhhətinin stabil olduğunu vurğulayan bəyanat müəllifləri, vəziyyətin pisləşməsinə görə tam məsuliyyətin Penitensiar Xidmətin üzərinə düşdüyünü bildiriblər. Bu rəftarı siyasi təqib və insan hüquqlarının pozulması kimi qiymətləndirən onlarla qadın siyasətçi (o cümlədən Tina Bokuçava, Xatiya Dekanoidze, Anna Natsvlişvili və digərləri) Elene Xoştariyanın və digər siyasi məhbusların dərhal azadlığa buraxılmasını tələb ediblər.