Türkiyə NATO-nun Ankarada keçirilən zirvə görüşünü alyansın tarixində dönüş nöqtəsi adlandırıb- ÖZƏL
13:00 SiyasətOlaylar.az xəbər verir ki, Türkiyənin müdafiə naziri Yaşar Güler 7-8 iyul tarixlərində Ankarada keçiriləcək NATO sammitinin alyansın tarixində mühüm dönüş nöqtəsi ola biləcəyini bildirib. Onun sözlərinə görə, sammit NATO-nun dəyişən təhlükəsizlik mühitinə uyğunlaşmaq və gələcək strategiyasını müəyyənləşdirmək baxımından xüsusi əhəmiyyət daşıyır.
Nazir vurğulayıb ki, NATO hazırda ən mürəkkəb təhlükəsizlik çağırışları ilə üz-üzədir. O, kollektiv müdafiə prinsipinin və NATO-nun 5-ci maddəsinə sadiqliyin sammitin əsas mövzularından biri olacağını qeyd edib.
Yaşar Güler həmçinin Türkiyənin NATO-da ikinci ən böyük orduya malik olduğunu və alyansın əsas töhfə verən ölkələrindən biri kimi çıxış etdiyini bildirib. Sammit çərçivəsində Müdafiə Sənayesi Forumunun da keçirilməsi planlaşdırılır.