Müxalifət blokunun deputatı: "Heç bir siyasi qüvvə ölkəni bu vəziyyətdən təkbaşına çıxara bilməz" – ÖZƏL
12:57 SiyasətOlaylar.az xəbər verir ki, Ermənistanın müxalif "Ermənistan" blokundan olan deputat Kristine Vardanyan Milli Assambleyada keçirilən ənənəvi brifinqlər zamanı bildirib ki, ölkəni mövcud böhrandan təkbaşına çıxara biləcək hər hansı bir siyasi qüvvə və ya lider yoxdur, buna görə də müxalifətin əməkdaşlığı mütləqdir.
Hazırda bu istiqamətdə irəliləyiş olduğunu qeyd edən deputat, baş nazir Nikol Paşinyanın öz fəaliyyəti və ritorikası ilə müxalifətin reallığı dərk etməsinə və bu yolla getməsinə şərait yaratdığını vurğulayıb. "Ermənistan" blokunun lideri Robert Köçəryan ilə "Güclü Ermənistan" hərəkatının rəhbəri Samvel Karapetyan arasında planlaşdırılan görüşün konkret detallarına toxunmayan Vardanyan, hazırda konstruktiv müzakirələrin getdiyini və yaxın vaxtlarda bunun nəticələrinin görünəcəyini əlavə edib.