Aİ Rusiyaya qarşı sanksiyaların müddətini bir ilə qədər uzatdı – ÖZƏL

Olaylar.az xəbər verir ki, Brüsseldə keçirilən sammitdə Aİ liderləri Rusiyaya qarşı iqtisadi sanksiyaların müddətini altı ay əvəzinə ilk dəfə olaraq bir il müddətinə uzatmaq barədə razılığa gəliblər. Bu addım Ukrayna üçün daha böyük proqnozlaşdırıla bilənlik təmin etmək məqsədi daşıyır, lakin fərdi sanksiyalar yenə də hər yarım ildən bir yenilənəcək. İndiyədək Rusiyaya qarşı 20 sanksiya paketi tətbiq edən Aİ, hazırda bankları, müdafiə sənayesini, rus hərbçilərini və "kölgə donanması"na aid yeni gəmiləri hədəf alacaq 21-i paketi hazırlayır. 

Paralel olaraq, Aİ-nin xarici siyasət rəhbəri Kaya Kallasın "mini-paket" adlandırdığı son qərarla Rusiyanın bir qrup yüksək rütbəli məmuru, din xadimi və onlarla təşkilat sanksiya siyahısına əlavə edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31