Kiyev Moskva üzərində taktiki üstünlüklər qazanıb-Özəl

Rusiya Baş Qərargahının Baş İdarəsi (QRU kimi tanınır) Ukrayna ilə danışıqlara cəlb olunduqdan sonra Kiyev Moskva qarşısında taktiki üstünlüklər qazandı. Bu üstün vəziyyət əsasən Ukraynanın kəşfiyyat əməliyyatlarındakı keyfiyyət fərqini ortaya qoyur. 
Ukrayna döyüş meydanındakı trayektoriyanın Rusiyanın ziyanına dəyişməsi, ölkənin iqtisadi vəziyyətinə görə daxili narazılıqları Moskvaya təzyiqi artırmaq və onu qeyd-şərtsiz atəşkəsə məcbur etmək üçün real fürsət kimi görür. 
Rusiya Prezidenti Vladimir Putin isə dördlü yanaşma etmək məcburiyyəti ilə üz-üzədir:
-Cəbhə xəttindəki vəziyyətlə paralel Rusiyanın elit kürsüsündəki situasiyanın sabitləşdirilməsi,
-Ukraynanın hərbi əməliyyatlarının qarşısının alınması,
-Putin iqtidarına qarşı daxili ayaqlanmalar və onların xarici xüsusi xidmət orqanları ilə əlaqədar əməkdaşlıq çərçivələrini yoxlamaq,
-ABŞ ilə danışıqların Ukrayna əleyhinə çevriləcək axara qaytarılması. 
Putin hakimiyyəti ağır yükün təzyiqi altındadır, həm də ona görə ki, Kreml uğursuzluq modelində təqsirkar axtarmaq üçün kəskin rəqabətli mərhələyə daxil olur. 
Ehtimalla, QRU bu prosesdə Federal Təhlükəsizlik Xidməti və Xarici Kəşfiyyat Xidmətinin Putinə məruzələri fonunda zəif mövqedə qalacaq. 
Çünki QRU Rusiyanın xaricdəki təxribat əməliyyatlarının əsas icraçısı olsa da, onun elita iyerarxiyasındakı yeri möhkəm deyil. 
QRU-nun postsovet məkanında, o cümlədən Azərbaycan və Ermənistandakı uğursuz əməliyyatları da onu Putinin "müttəhim kürsüsü" nə doğru itələyəcək. 
Ukraynanın daxili konyunkturasında isə Prezident Volodimir Zelenski mümkün seçki ssenarisinin reallaşmasına qədər uğurları çoxaltmağı hədəfləyir. 
Bu, onun rəqibi, Böyük Britaniyadakı səfir Valeri Zalujniyə qarşı mövqelərini yaxşılaşdıracaq aktın bir hissəsi kimi anlaşıla bilər. Ancaq Ukrayna əz ərazilərinin qaytarılmasında dönüş nöqtəsi yaradan meyarları reallaşdırmasa, Rusiyaya qarşı əməliyyatlar çox effektiv olmaya bilər. Çünki Rusiya da döyüş dronları sistemlərini təkmilləşdirir. 
ABŞ tərəfindən isə prosesə baxış yenə Ağ Evi "hakim" dərəcəsində saxlayır. ABŞ ilə İran müharibənin dayandırılması və perspektiv sülh üçün çərçivə sazişi imzaladı. 
Anlaşma Memorandumu ABŞ-nin İranla müharibədə əsas məqsədlərinə çatmamaq baxımından ciddi müzakirələr yaradır. Bundan sonra ABŞ özünü isbat etmək üçün Ukrayna münaqişəsinin nizamlanmasında məhdud töhfə verən çərçivələrini dağıdıb fərqli bir yola daxil ola bilər. Zelenski indi əvvəlkindən daha yaxşı mövqedə görünsə də, 
Trampın Ukrayna danışıqlarına qayıdışı NATO üçün yeni bir stressdir. 
Gümanla, Trampın Rusiyaya əvvəllər nümayiş etdirdiyi yumşaqlıq Ukraynaya fürsət anı kimi görülən məqamları sarsıda bilər. 
Lakin Tramp ABŞ strategiyasının qlobal qələbəsini təmin etməyi hədəflədiyindən Putinlə danışıqları önə çəksə belə, Ukrayna üçün dəstəyi gizli formada saxlayacaq. Bu, effektiv ikili oyundur və Tramp döyüş meydanındakı vəziyyətin yaradacağı iqtisadi mənfəətlərə fokuslanacaq. 
Ona görə də, Ukrayna ABŞ-ni bu mənfəətlərə inandırmaq üçün daha güclü əməliyyatlar fazasına keçid edə bilər. 

Aqşin Kərimov
Siyasi təhlilçi

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31