İsrail Müdafiə Qüvvələri Livanın cənubunda bir batalyon komandirinin və üç əsgərin ölümü barədə məlumat yayıb- ÖZƏL

İsrail Müdafiə Qüvvələri (İDQ) Livanın cənubunda baş verən hücumlar nəticəsində bir batalyon komandiri və üç əsgərin həlak olduğunu açıqlayıb.
Məlumata görə, ölənlər arasında 401-ci Zirehli Briqadanın 52-ci batalyonunun komandiri, podpolkovnik Dor Gedalia Ben-Simhon da var. Hadisə zamanı daha üç hərbçi həyatını itirib.
Bundan əlavə, partlayıcı yüklü pilotsuz uçuş aparatının zərbəsi nəticəsində bir zabit və dörd əsgər yaralanıb. Yaralılar xəstəxanaya çatdırılıb.
Olaylar.az xəbər verir ki, bu barədə TASS agentliyi məlumat yayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31