Bu maşınlar 6 ay dövlət mülkiyyətinə keçəcək
11:46 SiyasətRəsmiləşdirilməyən mallar 6 aydan sonra dövlət mülkiyyətinə keçəcək "Olaylar" xəbər verir ki, məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə edilən Gömrük Məcəlləsində dəyişiklikdə öz əksini tapıb.
Dəyişikliklərə görə, gömrük sərhədini keçdiyi gündən 6 ay müddətində rəsmiləşdirilməyən və ya rəsmiləşdirilməsi başa çatdırılmayan mallar və nəqliyyat vasitələri dövlət mülkiyyətinə keçiriləcək.
Belə ki, mövcud qaydalara əsasən yalnız məhkəmə qərarı ilə müsadirə edilən və ya şəxsin dövlətin xeyrinə imtina etdiyi mallar dövlət mülkiyyətinə keçirdi. Yeni dəyişiklik isə bu siyahıya vaxtında rəsmiləşdirilməyən malları da əlavə edir.
Dəyişiklik üçüncü oxunuşda qəbul edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31